[b]“Neftçi” əcnəbi futbolçusu ilə yollarını ayırdı[/b]
26.01.2016 - 11:28
[b]“Neftçi” əcnəbi futbolçusu ilə yollarını ayırdı[/b]

Topaz Premyer Liqasında III dövrənin startı öncəsi “Neftçi”də ikinci ayrılıq baş verib. Klubdan apasport.az saytına verilən məlumata görə, qapıçı Miçal Peskoviç klubla vidalaşıb.

 

Mövsümün əvvəlində Polşa klubu “Podbeskidze”dən transfer edilən Peskoviç paytaxt təmsilçisi ilə 6 aylıq müqavilə imzalamışdı. Klub rəhbərliyi anlaşması başa çatan slovakiyalı qolkiperin qalmasının tərəfdarı idi. Lakin tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilmədiyindən, Peskoviçlə yeni müqavilənin imzalanmamağına qərar verilib.

 

Qeyd edək ki, Peskoviç Topaz Premyer Liqasının ilk yarısında cəmi 2 matçda “Neftçi”nin qapısını qoruyub və qapısından 4 top buraxıb.