Bir müddət əvvəl “Neftçi”nin baş məşqçi postuna namizədlər arasında göstərilən Şota Arveladze təklif aldığı ölkələrin adlarını açıqlayıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssis həmin ölkələr arasında Azərbaycanın olmadığını söyləyib.
42 yaşlı mütəxəssis tezliklə yeni komandasının bəlli olacağını deyib: “3 ölkədən təklif almışam. Bunlar Hollandiya, Çin və Rusiyadı. Hələ klub adı çəkə bilmərəm. Çünki hazırda onlarla danışıqlar davam edir. Şəxsən mən Rusiyada çalışmağa şad olaram”.
Qeyd edək ki, 2008-ci ildə məşqçiliyə başlayan Şota Arveladze indiyə qədər yalnız Türkiyə komandalarını çalışdırıb. O, “Kayserispor” və “Kasımpaşa”nın ardından son olaraq bu mövsüm “Trabzonspor”da işləyib.