[b]“Neftçi” ilə oyunöncəsi debütanta bəd xəbər[/b]
23.02.2016 - 12:48
[b]“Neftçi” ilə oyunöncəsi debütanta bəd xəbər[/b]

“Zirə”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov zədəsini sağalda bilməyib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Neftçi” ilə görüşü buraxacaq.

 

Məlumatı əməkdaşımızla söhbətində Elvin özü də təsdiqləyib: “Böyük ehtimalla, “Neftçi” ilə görüşdə iştirak etməyəcəm. Bu gün həkimlər bir də yoxlayacaqlar və tam aydınlıq gələcək. Amma oynamağa icazə verəcəklərinə inanmıram. Çünki ayağımda ağrılar hiss edirəm”.

 

Məmmədov zədəli olduğundan, ötən tur “Xəzər Lənkəran”la görüşdə də komandasına kömək edə bilməmişdi. Onun yoxluğunda “Zirə” Lənkərandan 2:0 hesablı qələbə ilə qayıtmışdı.

 

Qeyd edək ki, Elvin Məmmədov ölkə çempionatının XXI turunda “Rəvan”la matçda zədə almışdı. Bu səbəbdən yığmamızın üzvü həmin görüşün 14-cü dəqiqəsində əvəzlənmişdi.