[b]“Neftçi” ilk yoxlamadan “2” aldı[/b]
11.07.2017 - 20:43
[b]“Neftçi” ilk yoxlamadan “2” aldı[/b]

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “Kəpəz”lə qarşılaşıb.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Qeyd edək ki, “Neftçi” Bakı toplanışı çərçivəsində iyulun 15-də “Binə”, 19-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq.