Azərbaycan kubokunun ən yaxşı bombardiri iki futbolçu olub. Apasport.az saytının məlumatına görə, buna Naxçıvanda keçirilən final aydınlıq gətirib.
“Qarabağ” – “Qəbələ” qarşılaşmasından (2:0) sonra bombardirlər yarışında dəyişikliyə səbəb olmadığından mükafatın iki qalibi olub.
Premyer Liqada olduğu kimi, kubokda da 2 futbolçu 4 qol vurub. “Qarabağ”ın futbolçusu Dino Ndlovu qol hesabını artırmaq imkanına malik olsa da, “Qəbələ” ilə görüşdə meydana çıxmayıb. Nəticədə afrikalı “Neftçi”nin üzvü Namiq Ələsgərovla şərikli bombardir adına yiyələnib. Mövsümün ilk yarısında “Qarabağ”ın heyətində 4 qol vuran futbolçu sabiq komandasındakı yoldaşı ilə şərikli mükafata sevinib.
Qeyd edək ki, Namiq 3, Dino 4 oyunda bu qədər qol vurub.