[b]“Neftçi” – “Şkendiya” matçının hakimləri açıqlandı[/b]
11.07.2016 - 12:28
[b]“Neftçi” – “Şkendiya” matçının hakimləri açıqlandı[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Şkendiya” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 14-də Bakıda baş tutacaq qarşılaşmanı belaruslu hakimlər idarə edəcək.

 

Oyunun baş hakimi Sergey Sinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Malyutin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Viktor Şimusik olacaq.