Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Qəbələ” və "Neftçi"nin də rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avstriya "Admira"sı ilə qarşılaşacağı bilinən “Kəpəz”dən sonra digər təmsilçilərimiz də rəqiblərini tanıyıblar.
Belə ki, “Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi MTK olacaq. Macarıstan klubu “Aktobe"ni (Qazaxıstan) mübarizədən kənarlaşdırıb (1:1, 2:0).
Malta "Baltsan"ını keçən (2:0, 1:2) “Neftçi” isə növbəti mərhələdə “Şkendiya” (Makedoniya) ilə üz-üzə gələcək. Makedoniyalılar isə “Krakoviya”ya (Polşa) evdə 2:0 hesabıyla qalib gəlmişdisə, səfərdə 2:1 üstün olub.