[b]“Neftçi” xorvatiyalı hücumçunu sınayır[/b]
08.01.2017 - 17:09
[b]“Neftçi” xorvatiyalı hücumçunu sınayır[/b]

Hazırda Antalya hazırlığını davam etdirən “Neftçi” baxışa futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı Damir Vidoviç sınanmaq üçün komandanın düşərgəsinə qoşulub.

 

Hücumçu mövqeyində çıxış edən 28 yaşlı futbolçunun “Sivasspor”la oyunda meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, sonuncu klubu Xorvatiya 1-ci liqasında çıxış edən “Sibalia” olan Vidoviç bu komandanın heyətində oyuna çıxmayıb.