Azərbaycan Premyer Liqasının XXVI turunda “Neftçi” AZAL-ı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu görüş iki komanda arasında 34-cü oyun olacaq.
Geridə qalan 33 matçda 16 dəfə “ağ-qaralar” qələbəyə sevinibsə, “təyyarəçilər”də bu göstərici 8-ə bərabərdi. Daha 9 oyunda isə tərəflər xalları yarı bölüblər.
“Neftçi” 51 qol vurub, AZAL isə 27 dəfə rəqibini məyus edib.
Maraqlıdı ki, iki komanda arasında baş tutan son 3 oyunda qonaq komanda qalib gəlib. Həmin görüşlərdə meydan sahibləri hətta qola da həsrət qalıblar.
Qeyd edək ki, geridə qalan 25 turdan sonra AZAL-ın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Son iki turda “Sumqayıt” və “Kəpəz”ə məğlub olan “Neftçi” isə ondan cəmi bir pillə yuxarıda qərarlaşıb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi