[b]“Neftçi”də 2 itki, 1 müəmma[/b]
28.03.2017 - 12:56
[b]“Neftçi”də 2 itki, 1 müəmma[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyuna itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Elxan Abdullayev bu görüşdə bəzi futbolçuların xidmətindən istifadə edə bilməyəcək.

 

Namiq Ələsgərov “Qarabağ” və “Neftçi” arasındakı razılığa əsasən, sabiq komandasına qarşı oynaya bilməyəcək. Üstəlik, gənc yarımmüdafiəçi zədədən əziyyət çəkir. Onunla yanaşı, Ruslan Abışov da meydana çıxmayacaq. Təcrübəli futbolçu zədəli olduğu üçün millinin heyətindən kənarlaşdırılmışdı. Abışov bu səbəbdən “Qarabağ”la qarşılaşmanı da buraxacaq.

 

“Neftçi”nin digər problemi isə Pavel Dreksa ilə bağlıdı. Zədədən əziyyət çəkən çexiyalı müdafiəçi haqda yekun qərar verilməyib. Bununla belə, Dreksanın “Qarabağ”la oyunu buraxmaq ehtimalı az deyil.

 

Qeyd edək ki, martın 30-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:30-da start götürəcək.