[b]“Neftçi”də növbəti rəsmi ayrılıq[/b]
01.06.2017 - 17:52
[b]“Neftçi”də növbəti rəsmi ayrılıq[/b]

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik bu dəfə Kamal Qurbanovla vidalaşıb.

 

Paytaxt təmsilçisi 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyini bəyan edib. Onun karyerasını Premyer Liqaya vəsiqə qazanan "Səbail"də davam etdirməsi gözlənilir.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Cavid İmamverdiyev, Mahir Şükürov, Murad Ağayev, Jairo Rodriges və Maksim Vaylo ilə sağollaşmışdı.