[b]“Neftçi”də son durum: 3 futbolçu oynamayacaq[/b]
13.04.2017 - 16:08
[b]“Neftçi”də son durum: 3 futbolçu oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının XXVI turunda AZAL-ı qəbul edəcək “Neftçi” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda məşqlərini əsasən İsmət Qayıbov adına stadionda keçir.

 

Autsayderlə matç öncəsi heyətlə bağlı ciddi problemlər davam edir. Müdafiəçi Pavel Dreksa və yarımmüdafiəçi Kiril Petrovun zədəsi hələ də sağalmayıb. Məşqlərdə iştirak etməyən legionerlər qarşıdakı matçı da buraxacaqlar. Onlarla yanaşı, “Kəpəz”lə son çempionat görüşündə xəsarət alan Məqsəd İsayev də sıradan çıxıb. 23 yaşlı müdafiəçi AZAL-la oyunda baş məşqçi Elxan Abdullayevin ixtiyarında olmayacaq.

 

Əvəzində Ruslan Abışov artıq hazır vəziyyətdədi. Ötən turda ehtiyatda qalan kapitan bu dəfə komandanı meydana çıxara biləcək.

 

Qeyd edək ki, “Neftçi” – AZAL oyunu aprelin 15-də 8-ci km qəsəbə stadionunda baş tutacaq.

0