Mövsüm başa çatan kimi, transfer çalışmalarına başlayan “Neftçi” ilk növbədə komandada qalacaq futbolçuları müəyyənləşdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində daha bir oyunçunun durumu müəyyənləşib.
6 futbolçu ilə yollarını ayırıb, hələlik yalnız Səlahət Ağayevi transfer edən “ağ-qaralar”da müdafiəçi Elvin Bədəlovla bağlı yekun qərar verilib. 22 yaşlı oyunçunun gedişi gözlənilsə də, məşqçilər korpusu onunla bağlı fərqli qərar qəbul edib. Belə ki, baş məşqçi Elxan Abdullayev gənc futbolçunun başa çatan müqavilə müddətinin daha bir il müddətinə uzadılacağını bildirib.
Qeyd edək ki, Elvin Bədəlov geridə qalan mövsümdə Premyer Liqada 15 matçda iştirak edib, 1 qola imza atıb.