[b]“Neftçi”də yeni təyinat[/b]
02.06.2017 - 15:55
[b]“Neftçi”də yeni təyinat[/b]

“Neftçi” klubunda yeni təyinat reallaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun Media və Marketinq Departamentinə yeni rəis təyin edilib.

 

Belə ki, bu vəzifəyə “CBC Sport” telekanalının əməkdaşı Rüstəm Əfsərli gətirilib.

 

Qeyd edək ki, “Neftçi”nin bundan əvvəlki mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov olub.