[b]“Neftçi”də yubiley[/b]
03.12.2016 - 11:44
[b]“Neftçi”də yubiley[/b]

“Neftçi”nin kapitanı Araz Abdullayev yubiley oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Azərbaycan kubokunda 30-cu matçına çıxıb.

 

Bu, 1/8 finalın “Şərurspor”la dünənki matçına təsadüf edib. Bunadək 29 kubok görüşündə forma geyinən Araz yubiley oyununda 2:0 hesablı qələbəyə sevinib.

 

Yarışda 2008/09 mövsümündə debüt edən futbolçu 30 qarşılaşmada 4 qol vurub.