[b]“Neftçi”dən 3-cü, ümumilikdə 8-ci[/b]
15.03.2017 - 01:40
[b]“Neftçi”dən 3-cü, ümumilikdə 8-ci[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” “Qəbələ”ni qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Bu matç iki komanda arasında ölkə çempionatları çərçivəsində 36-cı oyun olub ki, bunlardan 15-də “ağ-qaralar”, 13-də isə qəbələlilər qalib gəliblər. Daha 8 qarşılaşmada isə qalib müəyyənləşməyib.

 

Maraqlıdı ki, iki komandanın rəqabətində bu matç da daxil olmaqla 8 dəfə 1:0 hesabı qeydə alınıb.

 

“Neftçi” 3 dəfə tək qola sevinibsə, “Qəbələ” 5 dəfə belə qələbə qazanıb.