[b]“Neftçi”dən ayrıldı, Qazaxıstan klubuna keçdi[/b]
05.07.2016 - 15:41
[b]“Neftçi”dən ayrıldı, Qazaxıstan klubuna keçdi[/b]

Yay fasiləsində “Neftçi”dən ayrılan daha bir futbolçunun yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, hücumçu Nikolas Kanales karyerasını Qazaxıstanda davam etdirəcək.

 

“Neftçi”yə ikinci gəlişi uğursuz alınan və mövsümün sonunda müqavilə müddəti bitdiyi üçün azad agent statusu alan çilili forvard “Okjetpes”lə anlaşıb. 30 yaşlı oyunçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Məlumatı klubun rəsmi saytı da yayıb. Kanales “Okjetpes”də 32 nömrəli formanı geyinəcək.

 

Maraqlıdı ki, digər sabiq “Neftçi”li Saşa Stamenkoviç və “Bakı”nın keçmiş yarımmüdafiəçisi Risto Ristoviç də hazırda “Okjetpes”in formasını geyinir.

 

Qeyd edək ki, “Okjetpes” hazırda XIX turu gedən Qazaxıstan çempionatında 4-cü pillədə qərarlaşıb.