“Çexiyalı futbolçu Pavel Dreksa növbəti 1 ildə komandamızın formasını geyinəcək. Onun klubu və özü ilə müqavilə bağlanıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov deyib.
Pavel Dreksanın son klubu “Karvina”nın mətbuat xidmətinin rəhbəri Adam Yanujek açıqlamasında adıçəkilən futbolçunun “Neftçi” ilə müqavilə bağladığını təkzib edib. Onun sözlərinə görə, “Neftçi” Dreksa ilə sözləşmə imzaladığını açıqlasa da, bu hələ baş tutmayıb. Yanujek 27 yaşlı müdafiəçi ilə danışıqları davam etdirdiklərini də sözlərinə əlavə edib.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə həmkarının ittihamına cavab verib: “Dreksa "Neftçi"də çıxış edəcək. Buna 100 faiz əmin ola bilərsiz. Hər bir sənədləşmə işi tam olaraq, yekunlaşıb. Biz Dreksanı “Korvina”dan icarəyə götürmüşük”.