[b]“Neftçi”dən maraqlı addım[/b]
15.03.2017 - 13:45
[b]“Neftçi”dən maraqlı addım[/b]

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyunu “ağ-qaralar”ın 80 illik yubileyi gününə təsadüf edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, görüş simvolik olaraq saat 19:37-də start götürəcək.

 

"Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşlər "Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq.

 

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu martın 18-də, 8-ci km qəsəbə stadionunda keçiriləcək.