[b]“Neftçi”dən növbəti transfer[/b]
30.12.2016 - 10:33
[b]“Neftçi”dən növbəti transfer[/b]

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” Çexiyanın “Slovan” klubunun oyunçusu Zdenek Folprextlə gücləniblər.

 

Bu barədə məlumatı Liberets təmsilçisinin rəsmi saytı yayıb.

 

25 yaşlı yarımmüdafiəçi icarə əsasında “Neftçi”də çıxış edəcək. O, paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

 

“Slovan”ın saytına açıqlama verən klubun idman direktoru Yan Nezmar “Neftçi”nin Folprextə sərfəli təklif etdiyini və buna “yox” deyə bilmədiklərini vurğulayıb: “Zdenek çox sərfəli təklif aldı. Həmin təklif “Slovan” rəhbərliyini də razı saldı. Komandaya yeni nəfəs gətirmək istəyirik. Folprexti icarə verməyimizin xüsusi səbəbi yoxdu. Futbolçu hələ yeni klubunda tibbi müayinədən keçməlidi”.

 

Qeyd edək ki, “Neftçi” bundan öncə “Qarabağ”dan Namiq Ələsgərov və Yunanıstanın “Veria” klubundan Georgi Navalovskini heyətinə qatıb.