[b]“Neftçi”dən növbəti transfer həmləsi[/b]
28.09.2016 - 00:00
[b]“Neftçi”dən növbəti transfer həmləsi[/b]

Hazırda heç də yaxşı günlərini yaşamayan “Neftçi” islahatlara davam edir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” xüsusilə də heyətlə bağlı müxtəlif tədbirlər həyata keçirir.

 

Belə ki, “transfer pəncərəsi” bağlandığı üçün yalnız azad agent statusu daşıyan futbolçuları heyətə qatmağa ixtiyarı olan komanda ilk olaraq yerli futbolçulardan Tərzin Cahangirovla anlaşmışdı.

 

Ancaq klub bununla kifayətlənməyəcək. Əldə etdiyimiz məlumata görə, “Neftçi” artıq yeni legionerlər də dəvət edib. Hələlik adlarını dəqiqləşdirə bilmədiyimiz 3 nəfər əcnəbi oyunçu yaxın günlərdə paytaxt təmsilçisində baxışda olacaqlar.

 

Baş məşqçi Elxan Abdullayev həmin futbolçular haqqında müsbət rəy versə, onlarla müqavilə imzalanacaq.