[b]“Neftçi”ni sevindirən hakim Bakıya gəlir[/b]
02.10.2017 - 12:05
[b]“Neftçi”ni sevindirən hakim Bakıya gəlir[/b]

2018-ci il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Çexiya oyununu idarə edəcək fransalı hakim Benua Millot komandalarımız üçün tanış referidi. Apasport.az saytının məlumatına görə, oktyabrın 5-də keçiriləcək görüşün baş hakimi əvvəllər də təmsilçimizin qarşılaşmasını idarə edib.

 

35 yaşlı fransalı bizim üçün düşərli hakim sayılmalıdı. Çünki 2014-cü ildən FİFA statusu daşıyan Millotun komandalarımızın oyununa təyinat aldığı yeganə matç azarkeşlərimizə sevinc bəxş edib.

 

Bu hadisə 2014-cü il iyulun 24-də baş verib. O, Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə “Koper” arasındakı cavab oyununda fit çalıb.

 

Bakıda 1:2 hesabı ilə uduzan “ağ-qaralar” Sloveniyada 2:0 hesablı qələbəyə sevinib. Mirhüseyn Seyidov və Karlos Kardosonun fərqləndiyi görüşün hakimi meydan sahiblərinə qırmızı vərəqə də göstərib.

 

Jaka Stromayerin 51-ci dəqiqədə aldığı qırmızı vərəqə matçın taleyinə az təsir etməyib. Çünki həmin vaxta qədər 1:0 hesabı ilə öndə olan “Neftçi” say üstünlüyü qazanandan sonra fərqi artırıb. Hakim bakılıların iki oyunçusu – Kardoso və Erik Ramosa sarı vərəqə göstərib.

 

Qeyd edək ki, Azərbaycan – Çexiya matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.