[b]“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi[/b]
09.01.2017 - 12:28
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi”nin daha bir rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu Özbəkistan təmsilçisi “Nasaf”la üz-üzə gələcək.
Bu komandalar arasında oyun yanvarın 11-də baş tutacaq. "Bellis Deluxe” otelinin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşmışdı.
0
0