[b]“Neftçi”nin daha iki rəqibi dəqiqləşdi[/b]
10.07.2017 - 20:08
[b]“Neftçi”nin daha iki rəqibi dəqiqləşdi[/b]

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” iyulun 15-də saat 11:00-da “Binə”, iyulun 19-da saat 18:00-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq.

 

Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.


 

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.