[b]“Neftçi”nin əcnəbiləri qayıtdı[/b]
18.05.2016 - 16:11
[b]“Neftçi”nin əcnəbiləri qayıtdı[/b]

Topaz Premyer Liqasının son turunda “Sumqayıt”ın qonağı olacaq “Neftçi” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, son turlarda qazanılan qələbələr sayəsində komandanın turnir cədvəlində 6-cı pilləyə yüksəlməsi düşərgədə ab-havanı yaxşılaşdırıb.

 

Baş məşqçi Vəli Qasımovun rəhbərliyi altında məşqlərini keçən paytaxt təmsilçisinin heyətlə bağlı da ciddi problemi qalmayıb. Hücumçu Nikolas Kanales artıq tamam sağalıb və tam gücü ilə məşqlərdə iştirak edir. “İnter”lə ötən tur matçının son 16 dəqiqəsində meydanda olan çilili forvard hazır olsa da, oyun praktikasından əziyyət çəkdiyi üçün çox güman ki, yenə ehtiyatdan başlayacaq.

 

“Neftçi”nin yeganə problemi Xuan Alberto Mellidi. Çoxdandı zədədən əziyyət çəkən ispaniyalı müdafiəçi də artıq kollektivlə məşqlərə başlayıb. Onun oynayıb-oynamaması baş məşqçinin qərarından asılı olacaq.

 

Qeyd edək ki, mayın 20-də “Sumqayıt”la qarşılaşacaq “Neftçi” heç-heçə edəcəyi təqdirdə mövsümü 6-cı pillədə başa vuracaq və Avropa Liqasına vəsiqə qazanacaq.

0