[b]“Neftçi”nin futbolçusu milli komandaya dəvət aldı[/b]
15.08.2016 - 19:49
“Neftçi”nin futbolçusu Vançe Şikov Makedoniya milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Albaniya – Makedoniya oyununa çağırılıb.
Qeyd edək ki, Vançe Şikov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 49 oyunda 4 qola imza atıb.
(klub saytı)
0
0