[b]“Neftçi”nin futbolçusu mövsümü bitirdi[/b]
06.01.2017 - 12:29
“Neftçi”nin müdafiəçisi Rahil Məmmədov bu gün Türkiyənin İstanbul şəhərinin "Acıbadəm” xəstəxanasında bir çiynindən əməliyyat olunacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 1 aydan sonra isə futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək.
Rahil Məmmədovun əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 aydı. Bu isə o deməkdi ki, gənc müdafiəçi böyük ehtimalla cari mövsümü başa çatdırıb.
Eyni xəstəxanada olan “ağ-qaralar”ın digər futbolçusu Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.
0
0