[b]“Neftçi”dən əvəzedicilərə dərs[/b]
03.09.2016 - 23:00
[b]“Neftçi”dən əvəzedicilərə dərs[/b]

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən komandalar hazırlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, “Neftçi” də fürsətdən yararlanaraq yoxlama görüşünə çıxıb.

 

“Ağ-qaralar”ın əsas və əvəzedici komandaları üz-üzə gəliblər. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş birincilərin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Əsas komandadan Jairo və Katalin Tira fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb. Əvəzedicilərin qolunu isə İbrahim Əliyev vurub.

 

Vəli Qasımov meydana aşağıdakı oyunçuları buraxıb: Krşevan Santini, Kamal Qurbanov, Elvin Bədəlov, Jairo Rodriges, Dario Melnyak, Edson Kastilyo, Orxan Qurbanlı, Orxan Sabirbəyli, Denilson Pereyra, Eltun Yaqublu, Katalin Tira.

 

Meydana sonradan daxil olanlar: Kamran İbrahimov, Kənan Mirzəliyev, Anton Krivotsyuk, Ömər Buludov, Aqşin Qurbanlı, Sənan Əbilov, Samir Əhmədov.

 

Əvəzedici komandanın start heyəti isə belə olub: Sənan Əlizadə, Aslan Bədəlzadə, Vüsal Hüseynov, Elvin Sərkərov, Heydər Babayev, Şöhrət Yusifov, Əli Babayev, Əli Şirinov, Ruzigar İbrahimzadə, Pilağa Mehdiyev, Bahadur Həziyev.
 

Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Pərviz Qaraxanov, İbrahim Əliyev, Rafiq Zamanov, Rəhman Daşdəmirov.

 

Qeyd edək ki, əsas heyətin 10 futbolçusu – 6-sı milli komandaların düşərgəsində olduğundan, 4-ü isə zədə səbəbindən oyunda iştirak etməyib.