Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində bu gün “Sumqayıt”la qarşılaşacaq “Neftçi”nin iki futbolçusu sıraya dönüb. Klubdan apasport.az saytına verilən məlumata görə, Cavid İmamverdiyev və Fəhmin Muradbəyli “kimyaçılar”la oyuna hazırdı.
Hər iki futbolçu zədə ilə əlaqədar, ötən tur “İnter”lə görüşü buraxmışdı. Lakin həm Cavid, həm də Fəhmin zədəsini sağaldıb. Onların “Sumqayıt”a qarşı oynayıb-oynamamağı baş məşqçi Elxan Abdullayevin qərarından asılı olacaq.
“Neftçi”nin digər üzvü, əməliyyat olunmuş Rahil Məmmədov isə müalicəsini davam etdirir.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı saat 17:30-da start götürəcək.