[b]“Neftçi”nin ilk oyununun başlama vaxtı dəqiqləşdi[/b]
04.01.2017 - 19:21
[b]“Neftçi”nin ilk oyununun başlama vaxtı dəqiqləşdi[/b]

Bu gündən Türkiyədə təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” ilk oyununda “Sivasspor”la qarşılaşacaq.

 

Sınaq oyunu yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq “Neftçi”nin orda “Sivasspor”dan başqa “Kukesi” (Albaniya: 15 yanvar), “Tosno” (Rusiya: 17 yanvar) və “Terek”lə (Rusiya: 19 yanvar) yoxlama görüşü keçirəcəyi dəqiqdi.