[b]“Neftçi”də iki itki[/b]
14.03.2017 - 21:34
[b]“Neftçi”də iki itki[/b]

“Neftçi”nin futbolçusu Pavel Dreksa zədələnib. Apasport.az saytı xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Qəbələ” ilə keçirilən matçda baş verib.

 

İkinci hissədə zədələnən Dreksa oyunu davam etdirə bilməyib. Nəticədə çexiyalı mərkəz müdafiəçisi yerini həmyerlisi Zdenek Folprextə təhvil verib. Folprext yarımmüdafiənin mərkəzində oynadığından, Ruslan Abışov müdafiənin mərkəzinə çəkilib.

 

Lakin az sonra “Neftçi” daha bir problemlə üzləşib. Belə ki, komandanın kapitanı Ruslan Abışov zədə aldığından, o da oyunu yarımçıq tərk etməli olub. Abışovu digər mərkəz müdafiəçisi Elvin Bədəlov əvəzləyib.

 

Qeyd edək ki, hazırda davam edən matçda “Neftçi” 1:0 hesabı ilə öndədi.