[b]“Neftçi”nin müdafiəçisi İsrail və İtaliya ilə oyunlara çağırıldı[/b]
04.10.2016 - 15:47
[b]“Neftçi”nin müdafiəçisi İsrail və İtaliya ilə oyunlara çağırıldı[/b]

“Neftçi”nin daha bir futbolçusu milli komandaya çağırılıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Vançe Şikov Makedoniya millisinin qarşıdakı oyunları üçün heyətə dəvət edilib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da İsrail, 9-da isə İtaliya ilə üz-üzə gələcək makedonların baş məşqçisi İqor Angelovski hələlik 19 oyunçuya dəvət göndərib. Onların arasında 31 yaşlı vitse-kapitan Şikov da var. Angelovski təlim-məşq toplanışının gedişində daha bir neçə futbolçunu heyətə cəlb etməyi planlaşdırır.

 

Qeyd edək ki, 2007-ci ildən Makedoniya millisinin formasını geyinən Vançe Şikov keçirdiyi 50 oyunda 4 qola imza atıb.

0