[b]“Neftçi”nin müdafiəçisi oynadı, komandası evdə uduzdu[/b]
10.10.2016 - 00:48
[b]“Neftçi”nin müdafiəçisi oynadı, komandası evdə uduzdu[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oyunlar davam edir. Apasport.az saytının məlumatına görə, Makedoniya öz meydanında İtaliya ilə qarşılaşıb.

 

Azarkeşlərin 5 qola şahidlk etdiyi matçda qonaqlar qalib gəlib – 2:3.

 

“Neftçi”nin müdafiəçisi Vançe Şikov start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub.

 

Meydan sahiblərinin qollarını Nesteroviç və Hasani, İtaliyanın qollarını isə Belotti və İmmobile (2) vurub.