Topaz Premyer Liqasının XXXIV turunun “Kəpəz”lə səfərdə keçiriləcək oyunu “Neftçi”nin futbolçusu Araz Abdullayev üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın kapitanı Azərbaycan çempionatlarında 150-ci matçını keçirəcək.
Yarımmüdafiəçi ölkəmizdə yalnız bir klubun şərəfini qoruduğundan bu matç həm də “Neftçi”də 150-ci çempionat qarşılaşması olacaq. 2008/09 mövsümündə ağ-qara formada debüt edən Abdullayev 8 çempionat ərzində 23 qola da imza atıb.
Araz Premyer Liqadakı oyun sayında hazırkı “Neftçi”nin heyətində olan futbolçular arasında rekordçudu.
|
mövsüm |
oyun |
qol |
|
2008/09 |
5 |
1 |
|
2009/10 |
9 |
0 |
|
2010/11 |
18 |
1 |
|
2011/12 |
8 |
3 |
|
2012/13 |
27 |
4 |
|
2013/14 |
29 |
6 |
|
2014/15 |
30 |
4 |
|
2015/16 |
23 |
4 |
|
Cəmi |
149 |
23 |
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı