[b]“Neftçi” turnirin qalibi oldu - YENİLƏNİB[/b]
22.01.2016 - 14:57
[b]“Neftçi” turnirin qalibi oldu - YENİLƏNİB[/b]

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan klubların iştirakı ilə keçirilən turnirin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sonuncu turun qarşılaşmalarının nəticəsindən asılı olmayaraq, “Neftçi” kubokun sahibi adını qazanıb.

 

Buna IV turun son günündə keçirilən yeganə matçın nəticəsi səbəb olub. İlk 3 görüşdə 7 xal toplayaraq, vahid lider olan “Neftçi” növbəti qələbə sayəsində izləyicilərindən uzaqlaşıb.

 

I divizion təmsilçisi “Şərurspor”u sınağa çəkən Əsgər Abdullayevin yetirmələri 3:2 hesablı qələbə ilə xal hesabını 10-a çatdırıb. Turnirdəki çıxışını bu oyunla başa vuran “Neftçi” son turda meydana çıxacaq komandalar üçün əlçatmaz olub. Belə ki, 2-ci pillədə qərarlaşan AZAL həmşəhərlilərindən 4 xal geri qalır.

 

IV tur

22 yanvar

“Şərurspor” – “Neftçi” - 2:3

Qollar: Rəhman Musayev, 63, 79 -  Ruslan Qurbanov, 14, Mirabdulla Abbasov, 42, 75

Bayıl stafionu

 

1

Neftci

4

3

1

0

7-4

10

2

AZAL

3

2

0

1

5-3

6

3

Neftçala

3

0

3

0

4-4

3

4

Şərurspor

3

0

1

2

6-8

1

5

MOİK

3

0

1

2

2-5

1

 

0