[b]“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu![/b]
06.03.2016 - 14:33
[b]“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu![/b]

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qəbələ” (1:2) matçından sonra ev sahiblərinin baş məşqçisi Əsgər Abdullayev istefa vermişdi. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onun istəyi klub rəhbərliyi tərəfindən qəbul olunub.

 

Rəhbərlik tərəfindən alınan digər qərara əsasən, “ağ-qaralar”ın əsas heyətinin baş məşqçisi vəzifəsi müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə edilib.