[b]“Neftçi”nin yeni transferi: Məqsədim bir nömrə olmaqdı - VİDEO[/b]
13.06.2017 - 13:26
[b]“Neftçi”nin yeni transferi: Məqsədim bir nömrə olmaqdı - VİDEO[/b]

"Neftçi”yə keçdiyimə görə çox şadam”. Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Rəşad Əzizli deyib.

 

“Ağ-qaralar”la müqavilə imzalayan qolkiper Neftçi TV-yə açıqlama verib.  

 

2011-2013-cü illərdə paytaxt klubunda çıxış etmiş 23 yaşlı qapıçı klubun onun üçün doğma olduğunu bildirib: “Rəhbərlik, Elxan müəllim sağ olsunlar, mənə dəvət göndərdilər. Əvvəllər "Neftçi”də oynamışam, bura mənə doğmadı. "Neftçi”də ilk məqsədim bir nömrə olmaqdı. Gənc olmağıma baxmayaraq, özümü sübut etməyə çalışacam. Yoxlama oyunlarında, təlim-məşq toplanışında yerimi möhkəmlədim ki, əsas heyətdə daim oynaya bilim”.