“Neftçi” yubiley məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müstəqillik dönəmində 200-cü dəfə meydanı başıaşağı tərk edib.
“Ağ-qaralar” bu qara yubileyi Topaz Premyer Liqasının II turunda yaşayıb. Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan “Neftçi” “Əlincə Arena”dan yubileyə üzüntüsü ilə ayrılıb.
1992-ci ildən indiyədək müxtəlif turnirlərdə 917 rəsmi matç keçirən bakılılar 200 məğlubiyyətlə yanaşı, 509 qələbə qazanıb və 208 heç-heçə edib. “Ağ-qaralar”ın yubiley sayda olan yenilgilərindən 137-si Azərbaycan çempionatı, 29-u ölkə kuboku, 25-i avrokuboklar, 8-i Birlik kuboku, 1-i Superkuboka təsadüf edib.
Qeyd edək ki, “Neftçi” müstəqillik illərində 1535 qol vurub, 725-ni buraxıb.