[b]“Neftçi”nin zədəlilərindən son xəbər[/b]
08.10.2016 - 12:35
[b]“Neftçi”nin zədəlilərindən son xəbər[/b]

"Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın tibbi-bərpa mərkəzi bununla bağlı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, “Neftçi”nin əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.


Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.


Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.


Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.