[b]“Neftçi”yə lazım olmayan futbolçu Azərbaycanda qaldı[/b]
01.02.2016 - 09:30
[b]“Neftçi”yə lazım olmayan futbolçu Azərbaycanda qaldı[/b]

“Neftçi”də baxışda olan qazaxıstanlı futbolçu Akif Həsənov “ağ-qaralar”a lazım olmayıb. Apasport.az vesti.kz saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu buna rəğmən, karyerasını Azərbaycanda davam etdirəcək.

 

Belə ki, Həsənov “Qaradağ Lökbatan” klubu ilə müqavilə bağlayıb. Razılaşmaya əsasən, gənc forvard mövsümün sonuna qədər I divizion təmsilçisində çıxış edəcək.

 

O, yeni komandasında 94 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Qazaxıstanın “Şaxtyor” klubunun əvəzedici komandasının sabiq futbolçusu 2 dəfə Azərbaycanın U-19 yığmasına çağırılıb.