[b]“Nigeriya Premyer Liqası Azərbaycan çempionatından güclüdü”[/b]
16.03.2016 - 14:32
[b]“Nigeriya Premyer Liqası Azərbaycan çempionatından güclüdü”[/b]

“Nigeriya Premyer Liqası Azərbaycan çempionatından güclüdü”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Nigeriya Futbol Assosiasiyasının texniki komitəsinin üzvü Kristian Çukvu deyib.

 

Ölkəsinin mətbuatına danışan Çukvu nigeriyalı futbolçuların son illərdə Avropaya axışmasına toxunub.

 

O, həmyerlilərinin Azərbaycan və digər ölkələrə getməsini maddi vəziyyətlə əlaqələndirib.

 

Çukvu Nigeriya çempionatının digərlərindən heç də geri qalmadığını, əksinə onları üstələdiyini bildirib: “Nigeriyalı futbolçuların Avropanın az tanınan çempionatlarına getməsinin bir səbəbi var: maddi vəziyyət. Öz klublarımız onların tələbatlarını ödəyə, qeydlərinə qala bilmirlər. Axı futbolçular ac qalmamalı, yemək yeməlidilər. Bu vəziyyətdə, xüsusilə zədə alanda, karyeraları heç 10 il də çəkmir. Halbuki bizim çempionat Azərbaycan, Finlandiya kimi ölkələrin çempionatlarından üstündü. Amma yenə deyirəm, futbolçulara pul verilməlidi”.