[b]“O, futbol tarixinin ən zəif məşqçisidi”[/b]
07.01.2017 - 12:50
[b]“O, futbol tarixinin ən zəif məşqçisidi”[/b]

“Valensiya”nın sabiq prezidenti Pako Royq maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, İspaniya mətbuatına danışan Royq “yarasalar”ın sabiq çalışdırıcısı Hari Nevill barədə fikirlərini bildirib.

 

O, Nevilli futbol tarixinin ən zəif məşqçisi adlandırıb: “Nevill kimi diletantı komandaya gətirdik. Amma nəticəsi çox pis oldu. O, ən zəif məşqçidi. Nevilldə xüsusi bir şey görmədim”.

 

Qeyd edək ki, Hari Nevill 2015-ci ilin dekabrında “Valensiya”nın baş məşqçisi təyin olunsa da, növbəti ilin martında istefaya göndərilmişdi.