“Bavariya”nın polşalı hücumçusu Robert Levandovski maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, o, Dortmund “Borussiya”sının futbolçusu Pyer-Emerik Obameyanqın komandasını dəyişməsini istəmədiyini bildirib.
Onun sözlərinə görə, Obameyanqın “Borussiya”da qalması Bundesliqanın xeyrinə olar: “Eşitmişəm ki, Obameyanq “Borussiya”da özünü yaxşı hiss edir. Gələcək karyerası ilə bağlı nə düşündüyünü və klub rəhbərliyinin hansı addımı atacağını bilmirəm. Obameyanqı komandada saxlaya da bilərlər, onun transferindən pul qazana da. Amma Bundesliqa üçün Obameyanqın “Borussiya”da qalması faydalı olardı”.
Qeyd edək ki, son vaxtlar Obameyanqın adı Madrid “Real”ı da daxil olmaqla, müxtəlif klublarla birgə hallanır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı