[b]“Oyuna 3 xal üçün çıxacağıq”[/b]
19.05.2016 - 18:55
[b]“Oyuna 3 xal üçün çıxacağıq”[/b]

“Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XXXVI turunda "Kəpəz" “Qəbələ”ni qəbul edəcək.

 

Mövsümün son oyunu ilə bağlı “Kəpəz”in çalışdırıcı Şahin Diniyev klubun rəsmi saytına açıqlama verib. O bildirib ki, “Qəbələ” ilə matça qələbə qazanmaq üçün çıxacaqlar: “Hər üç klub mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdi. Biz meydançaya 3 xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq, komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.  

 

0