[b]“Oyundan-oyuna “artırırıq”” – “Çelsi”nin hücumçusu[/b]
11.09.2017 - 11:17
[b]“Oyundan-oyuna “artırırıq”” –  “Çelsi”nin hücumçusu[/b]

“Daha bir qələbə qazanmaqla vacib 3 xal əldə etdik. Düzgün yoldayıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin hücumçusu Pedro Rodriges deyib.

 

Premyer Liqanın IV turunda “Lester”in qonağı olan “zadəganlar” Alvaro Morata və Nqolo Kantenin qolları sayəsində 2:1 hesablı qələbə qazanıblar. Antonio Kontenin komandası növbəti görüşünü sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.

 

“Lester”lə matçdan sonra klubun rəsmi saytına açıqlama verən Pedro hazırda yaxşı formada olduqlarını bildirib: “Çox yaxşı oyun göstəririk. Premyer Liqada hər bir görüş çətindi. “Lester” Vardi və Mahrez kimi aparıcı futbolçulara sahib olduğundan, əks-hücumlarda güclüdü. Bizim üçün qalib gəlmək çox vacib idi. Ardıcıl qələbələr komandada əhval-ruhiyyəni yüksəldir. Oyundan-oyuna “artırırıq” və bu, xeyrimizə olan məqamdı”.

 

Pedro “Lester”lə görüşdə fərqlənən Nqolo Kanteni tərifləyib: “O, “Çelsi” üçün vacib futbolçudu, yaxşı yarımmüdafiəçidi. Dayanmadan qaçır və rəqibin hücumlarının qarşısını kəsir. Bundan əlavə, qol da vurur. Bir sözlə, Kante hərtərəfli futbolçudu”.