[b]“Öz ağırlığında qızıl da versələr, onu satmayacam”[/b]
08.08.2017 - 01:26
“Real”ın prezidenti Florentino Peres Kristiano Ronaldonun satılması haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “La Gazzetta dello Sport”a açıqlama verən klub prezidenti belə bir halın heç vaxt baş verməyəciyini deyib.
“Ronaldonu heç vaxt satmayacam. Hətta onun ağırlığı qədər qızıl da versələr, belə bir şey olmayacaq” – deyə Peres bildirib.
O, həmçinin ancaq böyük oyunçulara çox yüksək məbləğlər verildiyini deyib.
0
0