[b]“Qalatasaray” 3-cü liqa klubuna uduzdu, “Başakşəhər” dayanmaq bilmir[/b]
29.12.2016 - 00:38
[b]“Qalatasaray” 3-cü liqa klubuna uduzdu, “Başakşəhər” dayanmaq bilmir[/b]

Türkiyə kubokunun B, D, E, F, G, H qruplarında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, E qrupunda mübarizə aparan “Qalatasaray” səfərdə 3-cü liqa təmsilçisi “Tuzlaspor”a 2:3 hesabıyla uduzub.

 

Bu oyunda “Tuzlaspor”un 1, “Qalatasaray”ın isə 2 futbolçusu (Orelyen Şedcu, Yasin Öztəkin) qırmızı vərəqə alıb. Qarşılaşmada "sarı-qırmızılar"ın qollarına Orelyen Şedcu və Martin Linnes imza atıblar. Hazırda 9 xala malik “Tuzlaspor” qrupa başçılıq edir. “Qalatasaray” 5 xalla 3-cü pillədədi.

 

B qrupunda “Kasımpaşa” səfərdə “İnəgölspor”a 3:1 hesabıyla qalib gəlib. D qrupunda yarışan “Darıca Gənclərbirliyi” və “Kayserispor”un oyununda isə birincilər üstün olub - 2:1.

 

H qrupunda “Konyaspor” “Gümüşhanespor”u 3:0, G qrupunda “Ümraniyespor” “Akhisar”ı minimal hesabla məğlub edib.

 

F qrupunda mübarizə aparan Super Liqanın lideri “Başakşəhər” “Göztəpə”yə şans verməyib - 2:0.