[b]“Qalatasaray” “Barselona”lıya göz dikib[/b]
30.12.2016 - 01:54
[b]“Qalatasaray” “Barselona”lıya göz dikib[/b]

“Qalatasaray” problemli sağ cinah müdafiəçisi mövqeyini həll etmək üçün əməli fəaliyyətə keçib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Barselona”dan Aleyş Vidalı heyətinə qatmaq istəyir.

 

İspaniyanın nüfuzlu “sport.es” nəşrində yer alan xəbərdə bildirilib ki, artıq iki klub mümkün keçid üçün danışıqlara başlayıblar. Transferin qış fasiləsində baş tutmaq ehtimalı var.

 

Qeyd edək ki, katalonların heyətinə “Sevilya”dan qoşulan Vidal La Liqada sadəcə bir oyunda meydana çıxa bilib.