[b]“Qalatasaray” dünya nəhənginə qarşı[/b]
30.06.2016 - 14:47
“Mançester Yunayted”in yay fasiləsində yoldaşlıq görüşü keçirəcəyi bir komandanın adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Qalatasaray”la qarşılaşacaqlar.
Tərəflər arasında aparılan danışıq müsbət yekunlaşıb və iyulun 30-da yoldaşlıq matçının oynanılması qərara alınıb.
Maraqlıdı ki, oyun Zlatan İbrahimoviçin keçmək üzrə olduğu “Mançester Yunayted”lə Türkiyə nəhənginin oyunu isveçli forvardın vətənində, Höteborq şəhərində baş tutacaq.
0
0