[b]“Qalatasaray” Fernandonun keçidini rəsmiləşdirdi[/b]
05.08.2017 - 10:42
[b]“Qalatasaray” Fernandonun keçidini rəsmiləşdirdi[/b]

“Qalatasaray” daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” “Mançester Siti”nin üzvü Fernandonu heyətinə qatıb.

 

Məlumatı İstanbul təmsilçisi rəsmən təsdiqləyib. 30 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi “Qalatasaray”a 5 milyon 250 min avroya başa gəlib. Bundan başqa “şəhərlilər”ə əlavə bonuslar ödəniləcək.

 

Braziliyalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə qol çəkib. O, “sarı-qırmızılılar”ın heyətində ilinə 3,3 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Fernando 2014-cü ildən “Mançester Siti”nin formasını geyinirdi.